Suriyada toqquşmalar gücləndi - 230-dan çox hərbçi həlak oldu

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurmalarda 231 hökumət döyüşçüsü həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı dəstələri arasında toqquşmalar başlayıb. Ən şiddətli atışma Cebla şəhərində baş verib. KİV-in məlumatına görə, qarşıdurmalar zamanı yüzlərlə insan həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı