ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığında Rusiya-Ukrayna atəşkəs prosesi ilə bağlı detallar müzakirə edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib. Kreml Rusiya və ABŞ-nin Ukrayna razılaşması ilə bağlı ekspert qrupları yaradacağını açıqlayıb. “Rusiya və ABŞ prezidentləri Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ağ ev rəhbərinin müavini Den Skavino da telefon danışığı barədə açıqlama vermişdi. O bildirib ki, iki lider arasında hərtərəfli və məhsuldar telefon danışığı olub.