2500 əsgər mühasirədədir - Tramp

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, “Fox News” kanalına açıqlama verən Tramp Putinlə telefon danışığının “Möhtəşəm” keçdiyini ifadə edib. O, Rusiyanın atəşkəslə bağlı əlverişli mövqedə olduğunu bildirib. Putinin razılıq əldə etmək üçün Ukraynaya yardımı dayandırmağı şərt kimi qoyub-qomadığı barədə suala reaksiya verən Tramp bildirib ki, görüş zamanı yardım məsələsinə toxunmayıblar. Tramp ABŞ əsgərlərinin vəziyyətə müdaxilə etməyəcəyini və bunun yalnız müharibənin üçüncü dünya müharibəsinə çevrildiyi təqdirdə mümkün olacağını qeyd edib.

ABŞ prezidenti Rusiya ordusunun 2500-ə yaxın əsgəri mühasirəyə aldığını və onları azad etmək üçün müzakirələr aparıldığını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı