Ərdoğan bu gün Nazirlər Kabinetini toplayacaq

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə Nazirlər Kabineti toplanacaq.

Metbuat.az xəbər verir ki, Əkrəm İmamoğlu da daxil olmaqla, 91 şübhəlinin nəzarətə alındığı araşdırmalar və hüquqi proseslər müzakirə olunacaq. "Terrorsuz Türkiyə" hədəfi istiqamətindən davam edən terrorla mübarizə əməliyyatları da gündəmində olacaq.

Görüşdə Suriya məsələsi geniş miqyasda müzakirə ediləcək. Yeni prezident Əhməd Şaraa tərəfindən açıqlanan müvəqqəti konstitusiya, Türkiyədən Şama edilən səfər və ABŞ-dan gələn mesajlar qiymətləndiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı