Azərbaycan süd və qaymaq idxalını artırdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3 min 289 ton süd və qaymaq idxal edib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 4 milyon 699 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 min 296 ton (65 %), dəyər baxımından isə 1 milyon 548 min ABŞ dolları (49,1 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı