Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə "Hökumət saatı"nda bildirib.
"Xüsusilə, hökumətin hesabatlarının müzakirəsi zamanı söylədiklərimdən sonra, mövqeyimi birbaşa ifadə etməsəm, səmimi olmaram. O zaman qeyd etdim ki, Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, Qarabağ hərəkatı davam etməməlidir", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağ hərəkatının davam etdirilməsindən imtina məntiqində ATƏT-in Minsk qrupunun buraxılması məsələsinin müzakirəsini mümkün hesab edir.
Bununla belə, Paşinyan bu məsələ ilə bağlı yekun qərarın qəbul edilməsində tələsmədiyini etiraf edib.