Bakıda avtomobil dərəyə düşdü - FOTO

Yasamal rayonu Yeni Yasamal yaşayış massivində park halında olan avtomobil sürücünün diqqətsizliyindən dərəyə yuvarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə teleaparıcı Orxan Sübhan sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, arxaya doğru hərəkət edən minik avtomobili oradakı metal hasarı aşıraraq tikinti sahəsi üçün nəzərdə tutulmuş dərəyə düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı