Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Kokopo şəhərindən (Yeni Britaniya adası) 115 km şərqdə, ocağı isə 73 km dərinlikdə yerləşib.