Perunun Ayakuço regionunda 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Geofizika İnstitutu məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 5.22-də Pukio yaşayış məntəqəsindən 23 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 97 kilometr dərinlikdə yerləşib.

Dağıntılar barədə məlumat verilməyib.