Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabaxşa Sarayında Pakistan Baş naziri Şahbaz Şərifi qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Qapalı keçirilən görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin qiymətləndiriləcəyi gözlənilir.

Məlumata görə, həmçinin regional məsələlər, o cümlədən terrorla mübarizə və beynəlxalq məsələlərin müzakirə ediləcək.