Argentinalı ulduz futbolçu Lionel Messi minifutbol üzrə Azərbaycan milli komandasını təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə özünün sosial media hesabında paylaşıb.

Futbolçu video çəkərək Azərbaycan xalqına öz təbriklərini çatdırıb.

Xatırladaq ki, Azərbaycan yığması ölkəmizdə keçirilən minifutbol üzrə Dünya Çempionatının qalibi olub. Millimiz həlledici görüşdə Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.