Bakı, 9 iyun, AZƏRTAC
Xəzər Universitetində “Potensial məktəb direktorları” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda Xəzər Universitetinin tədris işləri üzrə prorektoru, professor Məhəmməd Nuriyev iştirakçılara vaxtın səmərəli idarə olunmasından, bu sahədə dünya təcrübəsindən, uyğun taktikalardan danışıb.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzə müzakirələr və suallarla davam edib.