[ 09 İyun 2015 15:53 ]


Bakı. Vüsal Nəbiyev – APA-Economics. 12 iyun tarixində başlanacaq I Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.

Bu barədə “APA-Economics”ə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.

Məlumata görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

- Şəmsi Bədəlbəyli küçəsi;

- Səməd Vurğun küçəsi;

- Bül-bül prospekti;

- Rəşid Behbudov küçəsi;

- Azadlıq prospekti;

- İstiqlaliyyət küçəsi;

- Niyazi küçəsi;

- Şövkət Ələkbərova küçəsi.

12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda günorta saat 04:00-dan, növbəti gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;

- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.