Kirayə mənzillər nə vaxt satışa çıxarılacaq?

İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytında hazırda təqdim olunan yaşayış sahələrinin heç birində kirayə mənzil satışının mövcud olmadığı qeyd edilib. Bu isə bir sıra vətəndaşlarda yeni kirayə mənzillərin nə vaxt satışa çıxarılacağı ilə bağlı suallar yaradıb.

İpoteka və Kredit Zəmanət Fondundan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, satmaq öhdəliyi ilə kirayə mənzillərin satışı prosesi mütəmadi davam edir.

“Sonuncu dəfə mayın 23-də 157 tam təmirli mənzil vətəndaşlara təqdim edilib. Bundan sonra da cari il ərzində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonunda bu proses davam etdiriləcək. Mənzillər təqdim olunacaq ərəfədə ictimaiyyətə ətraflı məlumatlar veriləcək”, - deyə Fondun açıqlamasında qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı