Yay ay aylarında yüksək temperatur və birbaşa günəş şüalarına uzun müddət məruz qalmaq insanlarda günvurma (istivurma) hallarını artırır.
Metbuat.az xəbər verir ki, bu vəziyyət bəzən həyati təhlükə yarada bilər. Günvurmaya məruz qaldığınız zaman bədən bəzi siqnallar verir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu simptomları görən kimi dərhal kölgəyə keçin və yardım çağırılmalıdır.
Günvurmanın əsas əlamətləri güclü baş ağrısı, başgicəllənmə və zəiflik, qızarmış dəri, tərləmənin azalmasıdır. Bundan başqa, ürəkbulanma, qusma, nəbzin sürətlənməsi də bu simptomlara aiddir.
İlkin yarıma gəlincə, günvuran şəxs dərhal kölgəyə və ya sərin bir yerə aparılmalıdır, baş və bədənə soyuq kompres tətbiq edilməlidir. Bol maye, xüsusilə su içirilməlidir. Bundan başqa, qətiyyən spirtli içkilər və isti qidalar verilməməlidir. Əgər şüur itkisi varsa, dərhal təcili tibbi yardım çağırılmalıdır.
Qarşısını almaq üçün nə etmək lazımdır?
- Günorta saatlarında (12:00–16:00) birbaşa günəş altında qalmayın
- Geniş kənarlı papaq və gün eynəyi taxın
- Yüngül və açıq rəngli geyimlər seçin
- Bol su için, bədəni susuz qoymayın