Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, Şahzadə əl-Valid ibn Xalid ibn Talal əl-Səud 20 il komada qaldıqdan sonra 36 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, o, ölkədə "Yatmış şahzadə" ləqəbi ilə tanınıb.

ƏlBelə ki, əli-Valid 16 yaşında olarkən Londonda təhsil aldığı zaman ağır yol-nəqliyyat qəzasına düşüb. Başından ciddi xəsarət alıb və vaxtdan bəri huşsuz vəziyyətdə Riyaddakı klinikada müalicə alıb.

    Həkimlər illər boyu ailəni vəziyyətin ümidsiz olduğu barədə xəbərdar etmişdi. Lakin ata oğlunun cizahazdan ayrılmasına razı olmayıb və bütün bu illər ərzində onun sağalacağına ümid edib.