Belçika Qəzza zolağında ilk havadan yardım əməliyyatını həyata keçirib.

Metbuat.az xəbər verir ki, Belçika Müdafiə Nazirliyindən verilən açıqlamada Qəzza zolağına havadan yardım əməliyyatı çərçivəsində A400M hərbi-nəqliyyat təyyarəsindən təxminən 15 ton yardımın paraşütlə atıldığı bildirilib.

Yardımın İordaniya ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyi qeyd edilib.