Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən bildirilib. Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 276 km uzaqlıqda yerləşib.

Hadisə ilə bağlı dağıntı və ya tələfat barədə məlumat açıqlanmayıb.