Tayvanda rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələnin episentri ölkənin şimal-şərq sahillərində yerləşib. Zəlzələ ölkənin bir neçə vilayətində həmçinin paytaxt Taypeydə hiss edilib. Şimal vilayətlərində təkanlar daha güclü şəkildə hiss edilib. Dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Tayvanda dağıntılara səbəb olan güclü zəlzələ ötən il baş vermişdi. 7,2 bal gücündəki zəlzələ nəticəsində çox sayda insan həlak olub.