Kələm həm dadlı tərəvəz, həm də sağlamlıq mənbəyidir.

Metbuat.az xəbər verir ki, onun tərkibində insan orqanizmi üçün çox vacib vitaminlər və minerallar mövcuddur.

Vitaminlərlə zəngindir – Kələm C, K, B qrup vitaminləri ilə yanaşı, dəmir, kalsium və kalium kimi minerallarla da zəngindir. Xüsusilə C vitamini immuniteti gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur.

Həzm sisteminə yaxşı təsir edir – Liflə zəngin olduğuna görə bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.

Ürək-damar sağlamlığını qoruyur – Kələm xolesterini aşağı salmağa kömək edir və qan dövranını yaxşılaşdırır.

Arıqlamağa dəstək olur – Kalorisi çox az olduğu üçün pəhriz menyularında geniş istifadə olunur, eyni zamanda uzun müddət toxluq hissi yaradır.

Xərçəngdən qoruyur – Aparılan tədqiqatlara görə, kələmin tərkibində olan güclü antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyaraq xərçəng riskini azaldır.

Dərinin və saçın sağlamlığı üçün faydalıdır – Tərkibindəki vitaminlər dərini gəncləşdirir, saçların möhkəmlənməsinə kömək edir.

Həm çiy, həm də bişmiş halda istifadə edilə bilən kələm, gündəlik rasionda yer almalı olan ən faydalı tərəvəzlərdən biridir.