Əfqanıstanda növbəti dəfə güclü zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, rixter cədvəli üzrə 6,1 bal gücündə zəlzələnin episentri ölkənin şərqindəki Hindukuş dağlarında, Cəlalabad şəhərindən 46 km şimal-şərqdə, yerin 42 km dərinliyində yerləşib.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında baş verən 6,0 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2200 nəfəri ötüb.