Bakı, 10 iyun, AZƏRTAC
Bank of Baku əhalinin nağd pula olan ehtiyacını qarşılamaq məqsədilə manat valyutasında nağd pul kreditlərinin verilməsini bərpa etdi.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kreditin müddəti 24 ayadək, məbləği isə 5000 AZN-dək təşkil edir. İllik faiz dərəcəsi müştərinin bank ilə iş tarixçəsindən asılı olaraq dəyişəcək. Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.