Bakı, 10 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 19-da saat 12:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, H.Əliyev prospekti) vətəndaşları qəbul edəcək.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. (eservices.tqdk.gov.az/SedrinQebulu). Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara rayon təhsil şöbələrinə, eləcə də TQDK-nın Lənkəran Regional Bölməsinə (Lənkəran ş., H.Aslanov xiyabanı 52, tel.: (025 25) 5-24-82) müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~JS2po