Rusiyanın Kamçatka bölgəsində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Zəlzələ səhər saatlarında, Petropavlovsk-Kamçatskidən 397 km aralıda baş verib.

İtki və dağıntı barədə məlumat yoxdur.