Ümumilikdə 25 nəfər qanun qarşısında cavab verməli olub. Onların 17 nəfərinə 20 illik həbs cəzası verilib. Digərləri isə edama məhkum olunublar.
Məhkəmə prosesi zamanı məlum olub ki, həmin şəxslər narkotik alveri ilə yanaşı, qanunsuz silah saxlamaq, vəzifəli şəxslərin qətli və ələ alınması kimi cinayətlər də törədiblər. Cinayətkar dəstə narkotik maddələri Laosdan Vyetnama gətirib.
Xatırladaq ki, dünyada narkotik alverinə qarşı ən ağır mübarizə tədbirləri Vyetnamdadır. Narkotik alverçilərini ölüm hökmü gözləyir.
Milli.Az