Avropanın 7 ölkəsinin peşəkar fotoqraflarını özündə birləşdirən “epa.eu” saytı Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı fotosessiya yerləşdirib.
APA-nın məlumatına görə, oyunları işıqlandırmaq üçün hazırda Bakıda olan fotoqraflar İçərişəhərdən, Bakının gündəlik həyatından, eləcə də oyunların atributları ilə bəzənmiş məkanlardan şəkillər çəkiblər.
Xatırladaq ki, sözügedən sayt Hollandiya, İtaliya, Fransa, Portuqaliya, Belçika, Almaniya və İspaniya fotoqrafları tərəfindən yaradılıb.



