Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Birinci Avropa Oyunlarının ilk yarışlarına start verilib.

Trend-in məlumatına görə, Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük dueti və komanda yarışı saat 09:00-dan başlayıb.

Sinxron üzgüçülük üzrə Belarus idmançıları Hanna Şulhina və Dominika Tsiplakova dueti Bakı 2015-də sərbəst yarışların ilkin mərhələsində çıxış etməklə Oyunlara start vermiş olublar.

17 yaşlı rusiyalı idmançı, ikiqat dünya çempionu Anisiya Neborako Bakı Su İdmanı Mərkəzində komanda tərkibində üç medal uğrunda günorta keçiriləcək yarışlara başlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az