Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AYDA) yeni kadr təyinatı olub.
Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Belə ki, Cavid Kərimov AAYDA-nın Protokol şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Protokol şöbəsinin müdiri vəzifəsində çalışıb.