"SpaceX" raketindən qalan təxminən 4 tonluq üst pillə avqustun 5-də Aya nəzarətsiz şəkildə çırpılıb. Təxminən 8 700 km/saat sürətlə hərəkət edən raket qalıqlarının Ay səthində 18 metr enində və 3 metr dərinliyində krater yaratdığı müəyyənləşib.

Metbuat.az xəbər verir ki, NASA-nın “Lunar Reconnaissance Orbiter” (LRO) kosmik aparatı avqustun 11-12-də ərazini görüntüləyərək kraterin ölçülərini müəyyən edib.

Raket qalıqları “Firefly Aerospace” şirkətinin “Blue Ghost” Ay missiyasından sonra kosmosda qalmış üst pilləyə aid olub. Təxminən 13,8 metr uzunluğunda olan 4 tonluq hissənin əvvəlcədən hesablandığı kimi Ayın görünən tərəfinə yaxın əraziyə düşdüyü bildirilib.

Alimlər bu cür hadisələrin Ay missiyalarının sayının artması ilə gələcəkdə daha tez-tez baş verə biləcəyini və kosmik tullantıların Ay səthində idarə olunmasının mühüm məsələyə çevriləcəyini bildirirlər.