Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində bir çox mətbuat orqanları yarışlarda iştirak edəcək idmançılarla bağlı növbəti yalan məlumatı yayıb.

KİV-də yayılan yalan məlumata əsasən, Bakıda Rusiya və Ukrayna milli komandasının idmançıları arasında dava baş verib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, artıq axşam bu xəbər Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov tərəfindən rəsmi şəkildə təkzib edilib: "Belə bir hadisə baş verməyib".

Milli.Az