Ötən gün Rusiya ordusunun Kiyev regionunda yerləşən Buça rayonuna hücumlarında 27 nəfər ölüb.

Metbuat.az bildirir ki, UNIAN-ın xəbərinə görə, 40 nəfərdən çox xəsarət alan var.

Kiyev region administrasiyasının rəhbəri Timur Tkaçenko bildlrib ki, tələfat sayının artacağı istisna edilmir.

Təqribən 50-yə qədər yaşayış binasının müxtəlif tipli maddi ziyana mərzu qaldığı bildirilib.

Ətraf ərazilərdə yaşayan 400-ə yaxın insan təxliyə edilib.