Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Metbuat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sentyabrın 6-da mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.