Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.