Göyçayda əsən güclü külək irigövdəli çinar ağacını aşırıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, günorta saatlarından başlayaraq Göyçayda qeyri-sabit hava şəraiti təhlükəsiz ötüşməyib.

Belə ki, yağışla müşahidə olunan güclü külək rayonun Heydər Əliyev parkında irigövdəli çinar ağaclarından birini aşırıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da parkın ərazisinə ziyan dəyib. Hazırda ərazidə təmizlik işləri yerinə yetirilir. Aşan çinar ağacının gövdəsi və budaqları doğranaraq ərazidən daşınır.