Ukraynada sülh danışıqları istiqamətində diplomatik səylərin davam etdiyi bir vaxtda Rusiya Kiyevə raket və pilotsuz uçuş aparatları ilə hücumları bərpa edib.
Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, hücum ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərini başa vurmasından sonra həyata keçirilib. Zərbələr nəticəsində 5 nəfərin öldüyü, 30-a yaxın şəxsin yaralandığı bildirilir.
ABŞ nümayəndələri səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək müharibənin dayandırılması imkanlarını müzakirə ediblər. Lakin danışıqlardan sonra konkret razılaşma açıqlanmayıb.
Ukrayna rəsmiləri hücumlar nəticəsində Kiyevdə yaşayış binaları və bir sıra digər obyektlərin zərər gördüyünü bildiriblər. Rusiya tərəfi isə zərbələrin hərbi və logistika obyektlərinə yönəldiyini açıqlayıb.