Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib. Məlumata görə, telefon danışığı təxminən bir saat davam edib və söhbət konstruktiv, eyni zamanda səmimi şəraitdə keçib. Uşakov bildirib ki, Putin Ukraynada hərbi əməliyyatların mümkün qədər tez başa çatdırılması üçün ABŞ-nin ata biləcəyi addımlardan danışıb. Onun sözlərinə görə, tərəflər münaqişənin hazırkı gedişini, döyüş meydanındakı vəziyyəti və qarşıya qoyulan məqsədlərə çatmaq perspektivlərini müzakirə ediblər. Bildirilib ki, Putin Ukrayna münaqişəsinin həlli istiqamətində ABŞ və şəxsən Donald Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib.

Uşakovun sözlərinə görə, söhbət müsbət notda başa çatıb və prezidentlər əlaqələri davam etdirmək, zərurət yarandıqda operativ şəkildə telefonla danışmaq barədə razılığa gəliblər.