ABŞ-da fəaliyyət göstərən “OpenAI” şirkəti 90 ildir həll olunmayan mürəkkəb riyaziyyat problemini süni intellekt vasitəsilə 88 saata həll etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu məqsədlə təxminən 10 min süni intellekt agentindən istifadə olunub. Bildirilib ki, sözügedən problem mayelərin hərəkətini təsvir edən “Navye-Stoks” tənlikləri ilə bağlıdır. Məlumata görə, “OpenAI” riyazi model üçün təxminən 3 milyon mesaj və 130 milyard məlumatdan istifadə edib. Lakin “OpenAI”ın təqdim etdiyi həll hələ müstəqil ekspertlər tərəfindən təsdiqlənməyib və ABŞ-nin Kley Riyaziyyat İnstitutu tərəfindən də rəsmi olaraq qəbul edilməyib.

Nyu-York Universitetinin riyaziyyat professoru Tristan Bakmaster isə özünün və “Anthropic” şirkətində çalışan riyaziyyatçı Levent Alpöge ilə birlikdə həmin problem üzərində işlədiklərini bildirib. Bakmaster iddia edib ki, “OpenAI” problemin həllinə onların araşdırması dərc edildikdən sonra başlayıb. Buna cavab olaraq “OpenAI” alimlərin işini təqdir edib, lakin Bakmasterin iddiasının doğru olmadığını açıqlayıb.