Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux idman zalındakı davranışı ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, 58 yaşlı Prezident idman geyimində deyil, kostyumda 90 kiloqramlıq ağırlığı ardıcıl 20 dəfə qaldırıb. Məlumata görə, Xurelsux 1985-1989-cu illərdə Müdafiə Universitetində təhsil alıb və Monqolustan Xalq Ordusunda xidmət edib.
Qeyd edək ki, son illərdə siyasətçilərin idmanla bağlı görüntüləri də tez-tez diqqət çəkir. ABŞ-nin müdafiə naziri Pit Heqset hərbi qulluqçularla birgə idman etməsi ilə diqqət çəkib. Yaponiya müdafiə naziri Şinjiro Koizumi də 2026-cı ilin yanvarında ABŞ-də Heqsetlə birlikdə hərbi bazada məşq edib. Fransa Prezidenti Emmanuel Makronun 2024-cü ildə boks məşqi zamanı çəkilmiş görüntüləri də ölkə gündəmində müzakirələrə səbəb olub.
Rusiya Prezidenti Vladimir Putin və Dmitri Medvedev də illər əvvəl Soçidəki dövlət iqamətgahında birlikdə idman ediblər. Bu görüntülərin siyasətçilərin güclü və sağlam lider obrazını ön plana çıxarmaq məqsədi daşıdığı bildirilir.