"Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovaya 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Metbuat.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.
Hökmə əsasən ev dustaqlığında olan H.Rüstəmovaya dəymiş ziyanı ödədiyi üçün 5 il 6 ay müddətinə şərti cəza verilib.
Qeyd edək ki, Havvaxanım Rüstəmova 132 nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb. İş üzrə quruma dəymiş yarım milyon manata yaxın ziyanın böyük əksəriyyəti ödənilib.
Xatırladaq ki, Havvaxanım Rüstəmova 2024-cü ilin iyulunda saxlanılıb.