"Formula 1" üzrə Azərbaycan Qran-prisinin 2-ci sərbəst yürüşündə “Racing Bulls” pilotu Arvid Lindblad qəza edib.

Metbuat.az-ın xüsusi müxbiri xəbər verir ki, Lindblad bolid üzərində idarəetməni itirərək trasın baryerlərinə çırpılıb.

Daha sonra boliddə problem yarandığı üçün Lindblad ikinci sərbəst yürüşü dayandırıb.