UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda keçirilən Azərbaycan – Lixtenşteyn matçında ikinci hissəyə start verilib.

Metbuat.az Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada hesab hələlik açılmayıb – 0:0.

Komandalar ilk hissəni də qolsuz bərabərliklə başa vurublar.

Görüşün baş hakimi avstriyalı Kristian-Petru Çokirkadır.

Qeyd edək ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva 3 xalla liderdir, xal qazana bilməyən Lixtenşteyn isə sonuncu yerdədir.

20.06

UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı Tofiq Bəhramkv adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.

Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.