Bir müddət əvvəl sürpriz şəkildə Türkiyənin "Fənərbağça" klubundan ayrılan braziliyalı ulduz Anderson Taliska yenə futbol azarkeşlərinin diqqət mərkəzinə düşüb.

Metbuat.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunun şərəfini qoruyan 32 yaşlı hücumçu nümayiş etdirdiyi mükəmməl oyunla "Fənərbağça" rəhbərliyini peşman edib. Çıxdığı 2 matçda 2 qol vuran təcrübəli hücumçu hər iki oyunun ən yaxşı futbolçusu seçilib. Anderson Taliska sürəti, dəqiq ötürmələri və futbol zəkası sayəsində "Əl-Cəzirə" azarkeşlərindən alqış toplayıb.

Türkiyə mediası Taliskanın oyunu barədə çoxsaylı xəbərlər yayımlayıb. Mütəxəssislər belə bir futbolçunu klubda saxlamadığı üçün "Fənərbağça" rəhbərliyini sərt tənqid edib.