İndoneziya sahillərində 5,9 maqnitudada zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Labuan-Bajo şəhərindən 161 km cənub-qərbdə, ocağı 46 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Sunami təhlükəsi elan edilməyib.