“Bu gün iki top komanda bir-biri ilə qarşılaşdı və oyun bir qədər gərgin keçdi”.

Metbuat.az-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Neftçi” ilə keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.

O bildirib ki, hazırkı mərhələdə xal itirməkdən danışmaq üçün tezdir:

“Qarşıda 27 oyun var. Fasilədən sonra bəzən oyunçular ritmi itirirdilər. Bu hallar baş verə bilər. Biz çalışmalıyıq ki, yaxşı bərpa olunaq və Çempionlar Liqasındakı növbəti oyuna hazırlaşaq. Premyer Liqadakı oyunları təxirə salmaqdan söhbət gedə bilməz. Hər bir oyun vacibdir və çalışmalıyıq ki, daha da inkişaf edək”.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.