Bakı, 13 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarının açılışı günündə – iyunun 12-də #Baku2015 həştəqi dünyada ən çox paylaşılan mövzulardan biri olub.
AZƏRTAC xəbər verir ki, dünyada ən çox istifadə olunan “Twitter” sosial şəbəkəsində istifadəçilərin ən çox paylaşdığı həştəqlər arasında #Baku2015 doqquzuncu pilləyə yüksəlib.