Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İlkin İzzət /

Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışacaqlar.

Trend xəbər verir ki, Bakı 2015 birinci Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışların ikinci günündə Heydər Əliyev adına İdman Sarayında 4 idmançımız yarışacaq.

İlk olaraq xalça üzərinə təsnifat yarışından 66 kq çəki dərəsində Həsən Əliyev çıxıb. O, Gürcüstandan olan Saçino Davitaya ilə üzləşib. Təmsilçimiz 4:2 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

Bundan başqa bu gün xalça üzərinə 75 kq-da Elvin Mürsəliyev, 85 kq-da Saman Təhmasibi, 130 kq-da Sabah Şəriəti çıxacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az