16 yaşlı futbtolçuya ildə 2 milyon avro

16 yaşlı futbtolçuya ildə 2 milyon avro
20:06 20 Yanvar 2015
263 İdman
Ölkə mətbuatı
A- A+

Norveçli yeniyetmə futbolçu Martin Edeqor Madridin "Real" klubunda ildə 2,25 milyon avro maaş alacaq.
 
Milli.Az Spiegel Online-a istinadən bildirir ki, Norveçin "Stremsqodset" klubunda çıxış edən 16 yaşlı futbolçu bu günlərdə "kral klubu" ilə anlaşma imzalayacaq. Anlaşmanın müddəti 2018-ci ilədəkdir.
 
Yarımmüdafiəçinin maaşı sonradan ildə 6,8 milyon avroya çata bilər.
 
Martin Edeqor "Real"ın əsas heyəti ilə məşq etsə də, hələlik gənclərdən ibarət komandada oynayacaq. "Real"ın gənclər komandasının baş məşqçisi Zinəddin Zidandır.
 
Martinin atasına da "Real"da iş veriləcək.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR