Unudulmaz sənətkarın 95 illik yubileyi qeyd olunacaq

20:23 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Yanvarın 30-da Binəqədi Mərkəzi Mədəniyyət evində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli teatr xadimi, Dövlət mükafatı laureatı, xalq artisti Leyla Bədirbəylinin 95 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yubiley tədbirində unudulmaz sənətkarın çəkildiyi kino-filmlərdən fraqmentlər nümayiş etdiriləcək, elm, mədəniyyət, incəsənət xadimlərinin aktrisa ilə bağlı xatirələri dinləniləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unudulmaz_senetkarin_95_illik_yubileyi_qeyd_olunacaq-826206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR