Azərbaycan prezidenti Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşüb

22:07 20 Yanvar 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 22:01 ]


Berlin. Fuad Qulubəyli-APA. Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer ilə görüşüb.

 

APA-nın prezidentin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycanla Almaniya arasındakı münasibətlərin indiki vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.   

 

Görüşdə  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti münaqişə və Azərbaycanın beynəlxalq hüquq prinsipinə uyğun olan ədalətli mövqeyi barədə ətraflı danışıb.

 

Almaniyanın xarici işlər üzrə federal naziri isə öz növbəsində Azərbaycana son səfərini məmnunluqla xatırladığını qeyd edib və bu səfərin hər iki ölkə üçün səmərəli olduğunu bildirib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR