Qax, 16 iyun, AZƏRTAC
Qax rayonunun taxılçılıq təsərrüfatlarında bir neçə gündür ki, arpa biçininə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Ağyazı, Almalı, Zəyəm, Qorağan kəndlərinin ərazilərindəki təsərrüfatlarda indiyədək 1500 hektara yaxın sahənin arpası biçilib, 4100 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq keçən ilin eyni dövrü ilə müqayisədə 8 sentner artıb.
Xatırladaq ki, bu mövsümdə rayonda 10 min 867 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 6 min 64 hektarını buğda, 4 min 803 hektarını arpa sahələri təşkil edir. Taxıl biçininə 38 ədəd kombayn, həmçinin lazımi qədər yük maşını, qoşqu, küləş presləyən aqreqat, şum traktoru və digər texnika cəlb edilib.
Yaxın günlərdə təsərrüfatlarda buğda biçininə başlanılacaq.